Haydn. Sonata №20 (c-moll) Hob.XVI/20, L.33
Автор: Huseyn0905 • Февраль 18, 2024 • Реферат • 297 Слов (2 Страниц) • 93 Просмотры
İ. Haydn. Sonata №20 (c-moll) Hob.XVI/20, L.33
Sonata 1771-ci ildə yazılmış, lakin ilk dəfə 1780-ci ildə nəşr olunmuşdur. Sonata pianoçu-bacılar Katerina və Marianna Auengruggerlərə həsr olunmuşdur.
3 hissədən ibarət olan sonata c-moll tonallığında yazılmışdır. Xüsusi qeyd olunmalı məqamlardan biri odur ki, bu Haydnın «sonata» adlandırdığı ilk fortepiano əsəridir.
Bu sonatanın özəlliyi onun Haydnın erkən sonatalarından texniki cəhətdən çətinliyi , dinamik cəhətdən də fərqlənməsidir.
I hissə. Moderato
II hissə. Andante con moto (As-dur)
III hissə. Final — Allegro
İfa olunan hissə — I hissə
Əsər 4/4 ölçüdədir. I hissə tam olaraq sonata allegro formasındadır.
Ekspozisiya (1-37 taktlar)
Əsas mövzu klassik period formasındadır (1-8 taktlar). Mövzu melanxolik xarakterə malikdir. Tersiyalarla başlayan mövzu, daha sonra sekstaların aşağı istiqamətli gedişi ilə davam edir. Mövzunun inkişafında melizmlərdən forşlaq, mordent və qrupettolardan istifadə olunub. Bağlayıcı mövzü 8 xanədən ibarətdir (9-16).
Köməkçi mövzu paralel major tonallığındadır (Es-dur). 16-25 -ci xanələri əhatə edən köməkçi mövzu tersiyaların 16-lıqlarla gedişi ilə başlayır. Bu mövzunun inkişafında qammavari gedişlərdən, sekstollardan istifadə olunub. Diqqəti cəlb edən məqamlardan biri bu mövzuda əsərin tempinin dəyişməsidir. Adagio (24-25). Tempo I ilə əsərin tamlayıcı mövzusu başalayır. Bu mövzunun inkişafında triolların rolu böyükdür.
İşləmə (38-68 taktlar)
Bu hissə sonatanın texniki baxımdan mürəkkəb hissəsidir. İşləmənin böyük bir hissəsi passajlardan ibarətdir. Burada tamamlayıcı mövzunun motivlərindən çox geniş istifadə olunub. Hətta deyərdim ki, passajların əhəmiyyətli hissəsi tamamlayıcı mövzunun motivləri üzərində qurulıb.
Repriza (69-100)
Əsas mövzu əsas tonallıqda səslənir. Xırda dəyişikliklərə uğrayan mövzudan sonra köməkçi mövzu da əsas tonallıqda səslənir. Bütövlükdə reprizada mövzular əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalmayıb. Koda oktavalı orqan dayağının müşayiəti ilə bitir.
Əsərin ifası haqqında məlumat verməli olsaq, ilk növbədə əsərin tempi və xarakteri çox önəmlidir. Əsər Allegro moderato tempində ifa olunmalıdır. Cəld temp əsərin ümumi məzmununa uyğun deyil. Əsərdə melizmlərin istifadəsinə geniş yer verilib, bu melizmlərin ifası da xüsusi əhəmiyyət kəsb edir. Hər bir xırda səslər eşidilməli, heç bir səs diqqətdən kənarda qalmamalıdır.
...