Essays.club - Получите бесплатные рефераты, курсовые работы и научные статьи
Поиск

Bədii tərcümə mətnlərinin hermenevtik metod təhlili

Автор:   •  Февраль 18, 2019  •  Доклад  •  2,240 Слов (9 Страниц)  •  643 Просмотры

Страница 1 из 9

Fatma Şamil qızı Ağamirova

Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət

Universitetinin “Ədəbiyyat və dillər” kafedrasının baş müəllimi

Email: fatima.aqamirova@mail.ru

Bədii tərcümə mətnlərinin hermenevtik metod təhlili

Açar sözlər: filoloqiya, linqvistika, tərcüməçilik, qermenevtika, tərcümə modeli, qermenevtik spiral.

Keywords: philology, linguistics, interpretation, hermeneutics, model of translation, hermeneutical spiral.

Ключевые слова: филология, лингвистика, перевод, герменевтика, модель перевода,  герменевтическая спираль.

XX əsrin  ikinci yarısında  yüzilliklərin  və  minilliklərin  bir birinə qovuşduğu zaman  humanitar  elmlərin mənimsənilməsində , o cümlədən də,tərcümələrin tədqiqatlarında mövcud olan   paradiqmaların  əvəzlənməsi baş verdi.  Müasir tərcümədə iki üstün  paradiqma haqqında  danışmaq olar-  linqvistik və fəlsəfi-kulturoloji. Tərcümənin klassik  nəzəriyyəsi ilə tədqim edilən linqvistik paradiqma  çərçivəsində   “dillərin   nisbi əlaqələndirməsi” riyazi  dəqiqlik ilə  (mümkün olduğu qədər) izah edilir. Və burada V.N. Komissarovla razılaşmamaq olmur ki, “ tərcümə-g nəhəng təbii linqvistik eksperimentdir və bu  eksperimentdə dillər və onların elementləri bərabərləşirlər və ünsiyyət prosesində  bir-birlərini əvəz edirlər”.Tərcumənin əsasını  təmin edən , həqiqətən strukturun təməl daşı hesab oluna bilən , qismən oxşarlıq  və ya ümumilik prinsipi durur”  ( Komissarov, 1980; s. 5). Tərcümənin linqvistik  nəzəriyyəsində əsas tədqiqat  metodu , tərcümədə  işlənən dillərin nişanlarının müqayisəli  təhlilidir.

İkinci  paradiqma  çərçivəsində tərcümə dil və mədəniyyət, tərcümənin mahiyyəti, dil və millət, hərf/ruh  dixotomiyası kimi qlobal problemlərin bir hissəsi kimi araşdırılır.

 Məlum olduğu kimi, hərf/ruh tərcümə dualizmi  və ya başqa sözlərlə sərbəst və hərfi tərcümə mübarizəsi tərcüməçilik  təfəkkürünün bütün tarixi boyu baş verir. Bu dualizmin yaranma səbəbi odur ki, tərcümə prosesində iki mədəniyyət: orijinalın mədəniyyəti və tərcümənin   mədəniyyəti ya toqquşur,ya da dialoqa daxil olurlar. Bununla bağlı, tərcüməçi hər zaman tərcümə mətninin adaptasiya strateqiyasının seçimi qarşısında qalır. Linqvomədəni adaptasiya strateqiyasının seçimi məsələsi tərcümənin həm nəzəriyyəsində, həm təcrübəsində ən kəskin məsələlərindən biri olub və qalır.Lakin, düşünürəm ki, bu məsələni ancaq tərcümə məsələsi  saymaq olmaz, o ,həmçinin linqvomədəni    və  linqvofəlsəfi  məsələdir, cünki  dilin və mədəniyyətin qarşılıqlı münasibəti probleminə, dilin və təfəkkürün qarşılıqlı əlaqəsi probleminə, anlama  probleminə, tərcümə tədqiqatlarına qermenevtik yanaşmanın mahiyyətinin açıqlama probleminə  aiddir. Niyə biz qermenevtikanı (yəni mətnlərin təvsiri və anlatma nəzəriyyəsini) vurğulayırıq? Cünki,hər növ tərcümənin,o cülədən də,bədii mətnin tərcüməsinin mənimsənilməsi üçün ilk addım tərcümə olunan mətnin interpretasiyasıdır. Səhv interpretasiya istər-istməz tərcümənin qeyri-adekvatlığına, və bəzən hətta  tamamilə səhv tərcüməyə gətirə bilər.

Ona görə də,müasir linqvistikada və tərcüməçilikdə , qermenevtika, mətnlərin  mənimsənilməsi və izahı haqqında elm kimi geniş istifadə olunur.  Bununla  belə, qermenevtikanın bəzi linqvistik aspektləri var ki,onlar da çox az tədqiq olunublar .Tərcümənin qermenevtik modeli kifayət qədər işlənilməyib,baxmayaraq ki,bədii mətnlərin tərcüməsində onu uğurla istifadə etmək olar.  

Hazırkı məqalənin məqsədləri bədii mətnlər tərcüməsinin qermenevtik modelinin bəzi xüsusiyyətlərinin öyrənilməsinə yönəlir. Elmi həyata “ filoloji qermenevtika” anlayışını daxil edən Q.İ. Boqinla (2, c. 63) analoqiya aparsaq, “ linqvistik qermenevtika” və “ tərcümə qermenevtikası” terminlərindən   istifadə etmək olar. Qermenevtikanın qeyd  edilən sahələri  bir-birləri  ilə  qarşılıqlı  əlaqəlidir. Tərcümənin qermenevtik modelini öyrənərkən, məşhur dilçilərin mətnin müxtəlif  izah etmə variantlarına istinad etmələrini vacib sayıram. Belə ki, A.N. Leontyev mətnin subyektiv  interpretasiya  elementlərini “ şəxsi  mənalar” adlandırır (3, s. 292).

S.A. Semko “ Tərcümənin ümumi nəzəriyyə problemləri” adlı  işində  düzgün olaraq qeyd edir ki, dilçilik baxımından, “ dildə mahiyyət var, amma məna yoxdur, məna ancaq mətndə yaranır, üstəlik o addyektiv deyil, yəni mətnin dil elementlərin mahiyyətinin “riyazi cəmi “ deyil.” (4, s. 55-57).V.A.Zvyaqintsev öz tədqiqatlarında “ məna” və “ yalançı məna” terminlərini işlədir. (5, s. 188-192).

 Bəzi dilçilər mətnin fərdi interpretasiyasının potensial sonsuz çoxluğu haqqında hipotezanı  müdafiə edirlər. Məsələn, İ.İ. Smirnov hesab edir ki, interpretasiyanın çoxluğu- interpretasiya edənin şəxsiyyətindən asılı olmayan , mətnin özünün obyektiv xüsusiyyətidir (6, s. 186) . Digərləri, əksinə, hesab edirlər ki, mətndə sonsuz sayda çox olan “ mənaların” təsdiqi , mətni  obyektivlikdən  məhrum edir.

Linqvistik qermenevtikasında  və tərcümənin qermenevtiksında bir başqa problem kimi müəllifin mətni  məna ilə doldurma üsullarının axtarışı ilə bağlıdır. “ Filoloji qermenevtika” işində Q.İ. Boqin, həm müəllifin yaratdığı əsərin  mətnində əsl mənanı tapmaq üçün , tədqiqatçının istiqaməti kimi “ intensionalizmin” istifadəsini ,həm də məntin məna çoxluğu ideyasını müdafiə edərək ”antiintensionalizmin” istifadəsini,yəni mətnin resipiyent tərəfindən subyektiv interpretasiyasının istiqmətləndirməsini rədd edirdi (2, s. 59-63).T.M. Drize,bir tərəfdən, müəllifin məna fikri ilə bağlı “ilkin informativliyi ” ,digər tərəfdən isə, mətnin resipiyent tərəfindən məna interpretasiyası ilə əsaslandırılan “ikinci informativliyi” vurğulayır (7, s. 207-210). “İlkin informativlik ” və “ikinci informativlik” öz aralarında uyğunlaşmayanda və bunun nəticəsini kimi bu cür interpretasiyanın mümkünsüzliyi mövcud olanda T.M.Drize “məna qayçıları” anlayışını daxil edir .

...

Скачать:   txt (19.2 Kb)   pdf (163.2 Kb)   docx (15.6 Kb)  
Продолжить читать еще 8 страниц(ы) »
Доступно только на Essays.club