Essays.club - Получите бесплатные рефераты, курсовые работы и научные статьи
Поиск

Yaradıcılığı haqqında Yulizana Şəfiyevna Kuxmazova

Автор:   •  Ноябрь 9, 2024  •  Реферат  •  578 Слов (3 Страниц)  •  29 Просмотры

Страница 1 из 3

Yaradıcılığı haqqında

 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellasının dirijor-xormeysteri, Azərbaycan Respublikasının əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, xor dirijorluğu kafedrasının dosentidir.[pic 1]

 Yulizana Şəfiyevna Kuxmazova 1 iyun 1968-ci ildə Dağıstanda anadan olub.

1993-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1996-cı ildən dövlət xor kapellasında və BMA-da (Ü.Hacıbəyli) adına Bakı Musiqi Akademiyası) dirijor-xormeyster vəzifəsində çalışır. Müəllimlik fəaliyyəti ilə məşğul olarkən o, xüsusi dirijorluq və xor sinfi, xor partitura qirayyəti, aranjeman kimi fənlərdən dərs deyir, Beynəlxalq müsabiqələrin laureatı olan tələbələri var. Uşaq, tələbə, peşəkar və özfəaliyyət xorlarla iş təcrübəsi var. Respublika və beynəlxalq müsabiqələrin laureatıdır. O, Perqolezi “Stabat Mater” ifasına görə tələbə ansamblı ilə Beynəlxalq Ukrayna müsabiqəsinin «Qran-pri»sinə layiq görülüb. 2011-ci ildən Bülbül adına orta məktəbdə işləyir, xüsusi dirijorluq və xor sinfindən dərs deyir. O, dəfələrlə respublika və beynəlxalq müsabiqələrin münsiflər heyətinə daxil edilib. Xorla işləmək üzrə ustad dərsi keçib.

2007-ci ilin iyunun 12-də Y. Kuxmazova MDB ölkələrinin bəstəkarlar ittifaqı üzvlərinin iştirak etdiyi Azərbaycan bəstəkarlarının xor musiqisi plenumunun konsertinin keçirilməsinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədrinin təşəkkür məktubu ilə təltif edilmişdir. Konsert iyunun 12-də Bakı Musiqi Akademiyasının böyük zalında baş tutub.

2013-cü ilin yanvar ayında Y.Kuxmazova Elnarə Dadaşovanın yubiley konsertini hazırlayıb və dirijorluq edib.

2016-cı ildə Body.Human.Sound sosial layihəsində iştirak edib. Bu layihə üçün «Yallı» xor a-kapella aranjimanı hazırlamış və Y.Kuxmazovanın rəhbərliyi ilə Şəhriyar Mədəniyyət Sarayının səhnəsində uğurla səsləndirilib.

2018-ci  ildə “Azərbaycanın əməkdar artisti” fəxri adına layiq görülüb.

2019-cu ildə beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü kimi Qazaxıstana dəvət olunub. Eyni zamanda o, Filarmoniyada Qazaxıstan kamera xoru tərəfindən konsertə dəvət olunub və burada Azərbaycan xalq mahnılarından ibarət öz aranjimanlarını təqdim edib.

Aşıq Veysəlin 125 illik yubileyinə həsr etdiyi “Kara Toprak” əsərini Türksoy qəbul edib, həmçinin “Gelmez yola gediyorum” mahnısının aranjimanı üçün sifariş verib. Kompozisiya 9 ölkədə səsləndirilib və böyük uğur qazanıb.

Y.Kuxmazova 2021-ci ildə Azərbaycanda “Nizami Gəncəvi” ili elan edilməsi ilə əlaqədar “TÜRKSOY” Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Y.Kuxmazovaya N.Gəncəvinin sözlərinə “Ol Sən” romansının solist və kamera orkestr üçün yazılmasını təklif edib.

2021-ci ildə Yunis  Əmrənin sözlərinə “Anlamadan Eyledik”  xor a capella əsərini yazıb. Bu kompozisiyaya görə o, TÜRKSOY-un diplomu ilə təltif olunub, beynəlxalq müsabiqədə isə “xor a capella” janrında Qran Pri mükafatına layiq görülüb.

Bir çox layihələrdə  aranjeman edib və həmin  layihələr üçün musiqi yazıb:

...

Скачать:   txt (5.3 Kb)   pdf (109.7 Kb)   docx (40.2 Kb)  
Продолжить читать еще 2 страниц(ы) »
Доступно только на Essays.club