Rəqəmsallaşma prosesinin gedişatı
Автор: Arzu66 • Январь 9, 2024 • Доклад • 1,360 Слов (6 Страниц) • 103 Просмотры
Rəqəmsallaşma prosesinin gedişatı
Arzu D. Hüseynova,
i.e.d., UNEC professoru,
İqtisadiyyat Nazirliyi İqtisadi Elmi Tədqiqat İnstitutunun
İdarə Heyəti sədrinin birinci müavini,
Cəmiyyətin gələcək inkişafını rəqəmsal texnologiya və innovativ inkişaf olmadan təsəvvür etmək olmur. Rəqəmsal texnologiyalar iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə yayılıb.
Bu gün bizi xarici mühitlə birləşdirən rəqəmsal texnologiyalardı. Biz otaqdan çıxmadan, rəqəmsal texnologiya üzərindən iş görüşləri, qohumlarla görüş keçirir, alış-veriş edir, uşaqlara nəzarət edir, məişət əşyalarını məsafədən idarə edir, səhətimizi nəzarət altında saxlayırıq, maliyyə əməlyatları aparırıq, qərarlar qəbul edir, təhsil alırıq, müqavilələr bağlayırıq, hətta istehsal və ona nəzarət prosesini təşkil edirik və s. Bir sözlə bu gün həyatı rəqəmsal texnologiyadan kənar təsəffür etmirik. Bu texnologiyalar insanın həyat tərzini, davranış və vərdişlərini dəyişib.
Rəqəmsal İqtisadiyyat – rəqəmsal texnologiyalara əsaslanaraq istənilən məhdud resurslardan (ehtiyatlardan) necə istifadə etməyi seçdiyini öyrənən elmdir. Burda əsas “rəqəmsal texnlogiya əaslanaraq” və “seçdiyi” sözüdür. Bildiyimiz kim İqtisadiyyat davranış elmi və ya sosial elmdir. Başqa sözlə rəqəmsal iqisadiyyatda isanlar seçim zamanı rəqəmsal texnologiyalar istifadə edirlər. Bu da daha düzgün qərar verməyə imkan verir.
Dövlətlər iqtisadiyyatın rəqəmsallaşdırılması və rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində böyük işlər görürlər. Bəzi ölkələr rəqəmsal transformasiya yolunun sonunda, bəziləri isə əvvəlindədir. Ümumiyyətlə, yeni texnologiyaların tətbiq olunması dövlət siyasətinin vacib məsələlərindən birinə çevrilmişdir. Azərbaycan da bu yoldadır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji mərkəzinə çevrilib və hazırda Azərbaycanın Rəqəmsal və texnoloji mərkəzə (rəqəmsal xab) çevrilməsi istiqamətində işlər aparılır.
Dövrün əsas tələblərindən biri cari qlobal dəyişikliklər iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, infrastrukturun və texnoloji müstəqilliyin təhlükəsizliyinin təmin edilməsi sayəsində ölkənin rəqabət qabiliyyətinin artırılması, ölkənin investisiya cəlbediciliyinin artırılması və informasiya suverenliyinin təmin edilməsidir.
İnformasiya-kommunikasiya texnologiyaları yüksək göstəricilərə malik inkişaf etmiş iqtisadiyyatın ən önəmli tərkib hissəsidir. İKT sahəsinə telekommunikasiya sənayesi də daxil olmaqla, müxtəlif çeşidli istehsal və xidmət sahələri daxildir. Biznes subyektləri və istehlakçılar arasında kommunikasiya və informasiya mübadiləsinə şərait yaratmaqla, İKT dövlətin iqtisadiyyatın və cəmiyyətin inkişafını dəstəkləyən rola malik olur. Bu bölmədə iqtisadiyyatın müxtəlif sektorlarında İKT-dən istifadə hər bir sahədə mövcud sistemlərin müəyyən olunması və İKT-nin ehtiva olunması ilə əsas çağırışların vurğulanması ilə təsvir olunur. Ölkələr səhiyyə, təhsil və biznes kimi sahələrdə rəqəmsal prioritetləri müəyyən edirlər. Bununla bərabər, təhsil, kənd təsərrüfatı və biznes də daxil olmaqla digər sahələrə də rəqəmsal müdaxilələri özündə əks etdirir.
İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması və innovasiyaların tətbiqi məsələləri prioritetdir. Ölkənin uğurlu coğrafi mövqeyi və təbii sərvətləri, insan potensialı, eləcə də son illər qəbul edilən dövlət proqramları, fərman və sərəncamlar bunun üçün bütün imkanları yaradır. Burada əsas məqsəd iqtisadiyyatın müxtəlif sektorlarından şəhər infrastrukturuna qədər rəqəmsal texnologiyaların ictimai həyatın bütün sahələrinə tətbiq edilməsidir. Bu proses ilk olaraq öz növbəsində əsas beş sahəni əhatə edir: təhsil, infrastruktur, informasiya təhlükəsizliyi, elmi-texnoloji inkişaf və normativ tənzimləmə.
[pic 1]
Şəkil 1. Rəqəmsallaşma prosesinin əhatə etdiyi əsas sahələr
Təhsil - əsas məqam rəqəmsal iqtisadiyyatın ixtisaslı kadrlarla təmin olunması üçün sistemin təkmilləşdirilməsidir. Əhali müəyyən "rəqəmsal" bacarıqları mənimsəməlidir. Hazırda pandemiya nəticəsində biz artıq təhsil sisteminin onlayn rejimə keçməsinin zəruriliyini müşahidə edirik.
İnfrastruktur - infrastrukturun inkişafı prioritetdir, çünki məlumatları saxlaya və emal edə biləcək vahid sistem yaradılmalıdır. Rəqəmsal iqtisadiyyatın qurulması məhz davamlı infrastrukturla sıx bağlıdır. Çünki müasir texnoloji infrastruktur rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın əsasıdır.
İnformasiya təhlükəsizliyi - dünyada informasiya sızması hallarının artması ilə əlaqədar olaraq, kibertəhlükəsizliyin inkişafı istifadəçilərin məlumatlarını həm daxili, həm də xarici amillərdən qoruyacaq. Bunun üçün əhalinin informasiya təhlükəsizliyi sahəsində biliklərini artırmaq lazımdır. Eyni zamanda ölkənin bütün xəstəxanaları, məktəbləri, universitetləri və yaşayış massivləri internetə çıxışla təmin edilməlidir.
Elmi-texnoloji inkişaf - rəqəmsal iqtisadiyyat sahəsində tədqiqatların dəstəklənməsi texnologiyaların inkişafını təmin edir. Belə texnologiyalara ən çox daxildir: süni intellekt, əlavə və virtual reallıq texnologiyaları, big data, kvant texnologiyaları, robot texnikası, rəqəmsal tibb və blockchain.
Normativ tənzimləmə - rəqəmsal iqtisadiyyatın inkişafı yeni texnologiyaların tətbiqini və onun fəaliyyətinə mane olmayan tənzimlənən mühitin yaradılmasını tələb edir.
Rəqəmsal iqtisadiyyatı iqtisadi artımın yeni xüsusiyyətlərini nümayiş etdirir və yeni iqtisadi imkanlarını açır. Rəqəmsallaşma dövründə qiymət və dəyər klassik qiymət formalaşma prosesindən uzaqlaşıb.
Rəqəmsal iqtisadiyyat sənaye bazarlarının standart modellərini dəyişir, bazar iştirakçılarının rəqabət qabiliyyətini artırır. Sahibkarlıq quruluşunun fəaliyyət göstərdiyi mal və ya xidmətlər bazarında rəqabətin olması, onun müəyyən rəqabət qabiliyyətini təmin etməsini tələb edir. Müasir dövrdə transformasiya cəmiyyətinin institusional strukturu öz xüsusiyyətlərinə malikdir və rəqəmsal iqtisadiyyatın formalaşmasını tələb edir ki, bu da öz növbəsində sahibkarlıq strukturlarının rəqəmsallaşdırılmasına ehtiyac yaradır. Beləliklə, rəqəmsal aktivlərə sahiblik sahibkarlıq strukturlarına əlavə rəqabət üstünlüyü verir və şirkətlərin rəqabət qabiliyyəti onların rəqəmsallaşdırılmasının səviyyəsini müəyyən edir.
...