Essays.club - Получите бесплатные рефераты, курсовые работы и научные статьи
Поиск

Heydər Əliyev və Azərbaycan dili

Автор:   •  Октябрь 5, 2018  •  Реферат  •  514 Слов (3 Страниц)  •  567 Просмотры

Страница 1 из 3

Heydər Əliyev və Azərbaycan dili.

Hər bir xalqın həyatında mühüm rol oynayan faktorlardan biri dildir.Milləti birləşdirən,onun  özgürlüyünün qorunub saxlanmasında və gələcək nəslə ötürülməsində, şübhəsiz ki, milli dilin rolu əvəzedilməzdir.Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Azərbaycan Respublikasında ana dilimizin istifadəsinin genişlənməsinə vətənini canından çox sevən müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanda dövlət idarəçiliyində yeni nəfəs, yeni iş metodu, ciddi nizam-intizam yaradıldı. Azərbaycan xalqı ümummilli liderin ətrafında sıx birləşərək nəhəng problemləri həll etməyə başladı.Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə ediləsi mümkün olmayan nailiyyətlər öz gerçəkliyini tapdı.İlk növbədə təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyuldu. Böyük tarixi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər saldıqda diqqət çəkən ən vacib və zəruri məqamlardan biri də hələ o vaxt bugünkü müstəqilliyin təməlinin yaradılması sahəsindəki fəaliyyətidir. O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda Ulu Öndər Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi.Lakin hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin vacib rol oynadığını deyən türk dünyasının lideri Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi.SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Azərbaycan Konstitusiyası layihəsinin ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda ulu öndər Heydər Əliyev qətiyyətlə bildirmişdir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Bu təklif uğur ilə qəbul edildi və Azərbaycan SSR-də dövlət  Azərbaycan dili oldu.Təəssüflər olsun ki, müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn və idarəetmədə naşı olan dairələr ana dilimiz və milli kimliyimizlə bağlı ümummilli maraqlarımıza zidd olan siyasət yürüdürdülər.Lakin sonra  Heydər Əliyev Azerbaycan dili məsələsini xalqin muzakirəsinə verdi. Müzakirələrdə ziyalılarla yanaşı, sadə xalq kütlələri də iştirak etdi. Qızğın mübahisələrdən sonra Milli Məclisdə böyük  müdrikliyi ilə Ulu öndər Heydər Əliyev müzakirələrə yekun vurdu.Nəhayət, bu məsələ Azərbaycan Konstitusiyasında öz əksini belə tapdı: "Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". Beləliklə, Ana dilimiz, mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz özümüzə qaytarıldı, adət-ənənələrimiz qorundu, inkişaf etdirildi.Azərbaycan müstəqil dövlət kimi Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəlilədi, beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrildi. Daima xalqı dilini sevməyə, ona milli varlıq kimi yanaşmağa sövq edən Ümummilli lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək deyirdi: "Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir... İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".Beləliklə, bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq, bizimlə, qəlbimzidə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.

...

Скачать:   txt (4.8 Kb)   pdf (128.2 Kb)   docx (11.2 Kb)  
Продолжить читать еще 2 страниц(ы) »
Доступно только на Essays.club